bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Premyer Liqanı tərk edəcək ilk klub

18.04.2021 15:44 Oxundu 472


İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, bu, "Şeffild Yunayted"dir. Komanda 32-ci turda "Vulverhempton"a 0:1 hesabı ilə uduzub.  "Şeffild Yunayted"in 32 Premyer Liqa oyunundan sonra 14 xalı var. Turnirin başa çatmasına 6 tur qalmış, komandanı növbəti mövsüm üçün liqada qalmağa imkan verən 17-ci sıradan 19 xal geri qalır.
 
Bu isə o deməkdir ki, "Şeffild Yunayted" çempionatı son üç pillədə birində başa vuracaq və Premyer Liqanı tərk edəcək.