bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

"Liverpul"dan ayrılacaq

18.04.2021 16:51 Oxundu 451


“Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldumun taleyinə aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, Niderland millisinin üzvü mövsümün sonunda “qırmızılar”la yollarını ayıracaq.

Çünki Premyer Liqa təmsilçisi 30 yaşlı orta sahə oyunçusuna yeni müqavilə təklif etmək fikrində deyil. Cari mövsüm 31 matçda iştirak edən Veynaldumun “Barselona” ilə ilkin müqavilə imzaladığı deyilir.

Qeyd edək ki, Corcinyo Veynaldumun “Liverpul”la müqavilə müddəti yaya qədərdir.