bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

ÇL və AL ləğv edilsə kubok PSJ-yə verilə bilər

19.04.2021 10:49 Oxundu 454

Avropanın aparıcı klublarının Superliqa yaratması avrokuboklarda bu mövsümün dayandırılmasına səbəb ola bilər.


"CEMPİON.AZ" xarici KİV-lərə istinadən xəbər verir ki, UEFA gün ərzində bununla bağlı qərar verəcək. Yarımfinal mərhələsi ərəfəsində turnirlərin ya ləğv ediləc'yi, ya da təxirə salınacağı gözlənilir.
Məsələ ondadır ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçılarından "Çelsi", "Mançester Siti" və "Real” Avropa Liqasında isə "Arsenal" ilə "Mançester Yunayted" Avropa Super Liqasında iştirakını təsdiqləyib. Bu səbəbdən UEFA-da yarımfinal və final oyununun keçirilmədən kubokun PSJ-yə verilməsi variantının da müzakirə edildiyi bildirilib.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçirilməlidir.