bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Avropa Super Liqasına görə "Tottenhem"dən ayrılıb

19.04.2021 15:44 Oxundu 439


“Tottenhem” baş məşqçisi Joze Mourinyo ilə yolları ayırdığını təsdiqləyib.

"CEMPİON.AZ" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə yanaşı onun köməkçiləri də istefaya göndərilib.
Britaniya mediasının yazdığına görə, belə bir qərarın verilməsinə Mouriyonun yeni yaradılan və UEFA-nın tanımadığı Avropa Super Liqasına qarşı çıxması səbəb olub. O, bu səhər futbolçularını məşqə çıxarmaqdan imtina edib və bununla rəhbərliyi etirazını bildirib. Daha sonra isə tərəflər yolları ayırmaq qərarı veriblər.

Qeyd edək ki, London klubu həmin yarışda iştirak edəcəyini təsdiqləyib.

Daha bir xəbərə görə, müqavilə birtərəfli qaydada ləğv edildiyi üçün Mourinyo və köməkçilərinə 40 milyon avro təzminat ödəniləcək.