19.04.2021 16:40
447
447

İtaliya klubları A seriyasının 3 nəhənginin – “Yuventus”, “Milan” və “İnter”in Avropa Superliqası turnirinə qoşulmaq qərarlarına etiraz edib.
"CEMPİON.AZ" “La Repubblica”ya istinadən xəbər verir ki, A seriyasının ötən gün keçirilən növbədənkənar iclasında “Atalanta”, “Kalyari” və “Verona” sözügedən üç klubun milli çempionatdan xaric edilməsini tələb edib. Həmin klublar isə yeni yarış başlayana qədər A seriyasından ayrılmağı düşünmürlər.
Xatırladaq ki, İtaliya klubları ilə yanaşı, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” və “Real" klubları yeni turnirdə iştiraklarını təsdiqləyiblər.