bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Məsut Özil yaradılacaq yeni liqaya qarşıdır

19.04.2021 17:42 Oxundu 473


“Fənərbaxça”nın futbolçusu Məsut Özil Avropa Superliqasının yaradılmasına münasibət bildirib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında paylaşım edib. O, yazıb:

“Uşaqlar dünya kubokunu və Çempionlar Liqasını qazanmağı xəyal edərək böyüyürlər, Avropa Superliqasını yox. Böyük oyunların ləzzəti ondadır ki, hər həftə deyil, ildə 1-2 dəfə olur. Bunun bütün futbol azarkeşləri tərəfindən başa düşülməsi həqiqətən çətindir...”

Qeyd edək ki, 12  nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" rəsmi şəkildə Avropa Superliqasında iştirak edəcəklərini bəyan ediblər.