cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Peres: "Zidan bizimlə xoşbəxtdir"

20.04.2021 10:33 Oxundu 338


“Real”ın və yeni yaradılan Avropa Superliqasının prezidenti Florentino Peres kludakı durum haqqında danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, 74 yaşlı funksioner yayda  PSJ-dən Kilian Mbappe, “Yuventus”dan Kriştiano Ronaldo və “Borussiya”dan (Dortmund) Erling Haalandın transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Ronaldonun hələ “Yuventus”la müqaviləsi var. O, “Real”a qayıtmayacaq. Bu xəbərlər məntiqli deyil. Ronaldo bizim üçün çox şey edib. Amma hər şey geridə qaldı. Mbappeyə gəlincə, “Real”ın dəyişikliklərə ehtiyacı var. Onun kimi yaxşı futbolçularla maraqlanırıq. Amma hələlik Mbappe ilə danışmamışam. Haalandın atası isə klubun muzeyini ziyarət etmişdi”.
Peres baş məşqçi Zinəddin Zidanın və kapitan Serxio Ramosun Madrid təmsilçisində qalıb-qalamayacağı ilə əlaqədar sualları belə cavablandırıb:
“Maddi olaraq çox pis vəziyyətdəyik. Ramosla yeni müqavilə barədə sonra düşünəcəyik. Zidan isə klub tarixinin ən yaxşılarındandır və mənim işlədiyim ən yaxşı baş məşqçidir. O, bizimlə xoşbəxtdir. Zidanla müqaviləmiz var. Mövsümün sonunda nə olacağını yaşayıb görərik”.