bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

La Liqa Avropa Superliqasında oynayacaq klublar haqqında qərar verdi

20.04.2021 11:24 Oxundu 450


La Liqa rəhbərliyi klubların Avropa Superliqasına qatılmasına baxmayaraq, "Real", "Barselona" və "Atletiko"nu turnirdən kənarlaşdırmağı planlaşdırmır .

"CEMPİON.AZ" "COPE"yə istinadən xəbər verir ki, La Liqa rəhbərliyi Super Liqanın "ölü doğulmuş bir layihə" olduğuna inanır və turnirin başlamayacağını düşünür. Buna görə klublar milli çempionatda mübarizə aparmağa davam edəcəklər.
La Liqada, Super Liqa layihəsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, çünki turnirin sahib olduğu yeganə şey "JP Morgan" bankından alınan kreditdir.