cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Pirlonu əvəzləyəcək namizədlər

20.04.2021 11:43 Oxundu 350


Andrea Pirlonu istefaya göndərəcəyi gözlənilən İtaliyanın “Yuventus” klubunun baş məşqçisi postuna namizədlər bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, Turin təmsilçisi üç mütəxəssis arasında seçim edəcək.

Bunlar yerli çalışdırıcılardır. Hazırkı nəticələrdən narazı olan “Yuventus” rəhbərliyi Massimiliano Alleqri, Luçano Spaletti və Roberto Mançininin namizədliyini götür-qoy edir.

Qeyd edək ki, Pirlo ötən ilin yayında “Yuventus”un baş məşqçisi təyin olunub.