cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Donnarumma "Yuventus"a keçə bilər

20.04.2021 13:47 Oxundu 363


"Milan"ın qapıçısı Canluici Donnarumma karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.

"CEMPİON.AZ" "Calcio Mercato"ya istinadən xəbər verir ki, 22 yaşlı qolkiper Turin təmsilçisi  ilə razılığa gəlib. O, yeni klubuna azad agent kimi qoşulacaq. İtaliyalı oyunçu "Yuventus"da bir mövsümə 9.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Donnarummanın "Milan"la müqaviləsi bu yay başa çatır.