cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Avropa Superliqasına qoşulmaq üçün 30 gün vaxt verildi

20.04.2021 15:53 Oxundu 310


Yeni yaradılan Avropa Superliqası ilə bağlı daha bir sensasiyalı detal ortaya çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, turniri 15 klub təsis edib. Onların arasında adı rəsmi açıqlanmayan 3 klub “Bavariya”, PSJ və “Borussiya”dır (Dortmund) və bu, qurumun müqaviləsində də qeyd olunub. Məlumata görə, çempionata qatılıb-qatılmayacağını açıqlamaq üçün PSJ-yə 14, “Bavariya” və “Borussiya” isə 30 gün müddətində vaxt verilib. Maraqlıdır ki, daha əvvəl hər 3 klubun sözügedən liqada iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Avropa Superliqasını yaradan klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.