çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Premyer liqada 7-ci olan klub özünü çempion elan etdi

20.04.2021 16:44 Oxundu 358


“Vulverhempton” rəsmi Tvitter hesabında özünü İngiltərə Premyer Liqasının 2018/19 mövsümünün çempionu elan edib.

"CEMPİON.AZ" xəbər verir ki, paylaşımda hesabın bioqrafiya bölməsindən klubun çempionatın qalibi olduğu sözlərin yazıldığı ekran fotosu paylaşılaraq vurğulanıb: “Yəqin ki, bunu qeyd etmək üçün çox gecdir”.

Klub belə bir addımı İngiltərənin 6 klubunun Avropa Superliqasına qatılması  ilə əlaqələndirib. 2018/19 mövsümündə “Mançester Siti” Premyer Liqanın qalibi olub. “Liverpul” 2-ci, “Çelsi” 3-cü, “Tottenhem” 4-cü, “Arsenal” 5-ci, “Mançester Yunayted” isə 6-cı sırada qərarlaşıb. “Vulverhempton” isə 7-ci yeri tutub.