şənbə, 13 sentyabr 2025

DÜNYA FUTBOLU

Peres: "Futbolu xilas etmək üçün danışıqlar aparacağıq"

21.04.2021 11:11 Oxundu 458


“Real”ın prezidenti Florentino Peres hələ də Avropa Superliqasının baş tutacağına inanır.

"CEMPİON.AZ" xəbər verir ki, hətta İngiltərə klublarının turnirdən imtinası da onu fikrindən daşındırmır.

“Kral klubu”nun rəhbəri tərəfləri danışıq masası arxasına dəvət edib: “Dəyişiklik vaxtı gəldi. İnkişafdan söz düşəndə “Real” həmişə ön planda olub. Bu, 1950-1990-cı illərdə belə idi. İndi də baş verir. Layihə uğursuz ola bilərmi? Hər şey yaxşıya doğru gedir. Bizim bir məsuliyyətimiz var. Futbolu xilas etmək üçün bütün tərəflərlə danışıqlar aparacağıq”.
Qeyd edək ki, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Tottenhem” turnirdən imtinasını rəsmən açıqlayıb.