21.04.2021 14:17
520


Türkiyə Superliqasında 36-cı turun oyunları davam edir.
"CEMPİON.AZ" xəbər verir ki, bu gün derbi matçı keçiriləcək. “Qalatasaray” öz meydanında əzəli rəqiblərindən olan “Trabzonspor”u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qalatasaray” 65 xalla turnir cədvəlinin 3-cü, “Trabzonspor” isə 59 xalla 4-cü pilləsində qərarlaşıb.