21.04.2021 15:23
404


İspaniyanın “Atletiko” və İtaliyanın "İnter" klubu Avropa Superliqasından imtina etdiyini rəsmən açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə hər iki klubun saytı məlumat yayıb. Madrid təmsilçisinin idarə heyətinin ötən gün bir araya gəldiyi və bu qərarın verildiyi bildirilib. Milan klubu da artıq sözügedən layihədən çəkildiyini bəyan edib.Beləliklə, Superliqanın qurucuları olan 12 klubdan 9-u layidən geri çəkildiyini açıqladı. Yalnız “Real”, “Milan”, və “Yuventus” hələlik bu barədə açıqlama yaymayıb.