şənbə, 13 sentyabr 2025

GÜLƏŞ

Qadın güləşçimiz yarımfinalda

21.04.2021 16:17 Oxundu 604


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"CEMPİON.AZ" xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.

Stadnik Rusiya təmsilçisi Yekaterina Poleşçuku məğlub edərək yarımfinala adlayıb.

68-də yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.

Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.