bazar ertəsi, 23 mart 2026

DÜNYA FUTBOLU

Alaba "Real"da

21.04.2021 18:41 Oxundu 517


“Bavariya”nın müdafiəçisi David Alabanın yeni komandası müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi “Real”la ilkin müqavilə imzalayıb.

Bir neçə klubun da maraq dairəsində olan Avstriya millisinin üzvü “kral klubu” ilə 5 illik sazişi razılaşdırıb. Mövsümün sonunda Madridə köçməsi gözlənilən Alaba 2026-cı ilin yayına qədər “Real”a məxsus olacaq. Futbolçunun illik məvacibi ilə bağlı hələlik məlumat verilməyib.Qeyd edək ki, “Bavariya” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Alaba “Real”a azad agent kimi keçəcək.