22.04.2021 09:40
448


İspaniya La Liqasında 31-ci tura start verilib.
"CEMPİON.AZ" xəbər verir ki, ilk oyun günündə "Real Madrid" səfərdə "Kadis"in qonağı olub. Qarşılaşmada 3 qol vurulub. Benzemanın iki dəfə fərqləndiyi matçda bir dəfə də Odriosola rəqib qapısına yol tapıb.
Bu qələbədən sonra xal ehtiyatını 70-ə çatdıran "Real" liderliyə yüksəlib. "Atletiko" eyni xalla 2-ci, "Sevilya" 67 xalla 3-cü, "Barselona" 65 xalla 4-cüdür.
"Kadis" – "Real" - 0:3
Qollar: Benzema, 30; 40. Odriosola, 33.