21.04.2021 22:36
454

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
"CEMPİON.AZ" xəbər verir ki, yarımfinalın hər iki görüşü bu gün keçirilib. Əvvəlcə "Keşlə" "Zirə"ni qəbul edib və 1:2 hesabı ilə uduzub. Digər matçda isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub və qolsuz bərabərə qalıb.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları aprelin 29-u keçiriləcək.
20:30. “Sumqayıt” – “Qarabağ” - 0:0
18:30. “Keşlə” – “Zirə” - 1:2
Qollar: Sadio Tounkara, 45+2 (1:0), Rodriqo Bonqonqui, 57 (1:1), Nemanya Andelkoviç, 62 (1:2)