cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Çeferin: "Mən Avropa və dünya futbolu üçün yaxşı olanı edirəm"

22.04.2021 11:44 Oxundu 463


UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinal oyunlarının taleyi haqqqında danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, Sloveniyanın "24UR" telekanalına açıqlama verən funksioner matçların oynanmaması ilə bağlı kiçik ehtimalın olduğunu deyib.

Çeferin qarşılaşmaların baş tutmayacağı təqdirdə, yarımfinal iştirakçılarının onları məhkəməyə verə biləcəyini sözlərinə əlavə edib: "Buradakı kritik məqam cari mövsümün artıq başlamasıdır. Matçlar oynanmazsa, yayımçılar bizi məhkəməyə verə bilərlər. Ancaq gələcəkdə işlər dəyişəcək".

Sloveniyalı funksioner İspaniyanın "Real Madrid" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peresin iddialarına da cavab verib: "Onun sözləri məni burada qalmağa daha çox təşviq edir. Peres dediklərinə tabe olan, onu dinləyən və özünün düşündüyünü edən UEFA prezidenti istəyir. Mən isə Avropa və dünya futbolu üçün yaxşı olanı edirəm".

Qeyd edək ki, İspaniyanın "Barselona" və "Real Madrid" klublarından başqa 10 komanda Superliqadan ayrıldığını açıqlayıb. İtaliyanın "Milan" və "Yuventus" klubları layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.