cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

“Seltik” və “Reyncers” Premyer Liqada oynaya bilər

22.04.2021 13:16 Oxundu 460


Şotlandiyanın “Seltik” və “Reyncers” klubları İngiltərə Premyer Liqasında çıxış edə bilər.

"CEMPİON.AZ" xbər verir ki, Qlazqo təmsilçilərinin liqasını dəyişməsinin FİFA, UEFA və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənəcəyi gözlənilir.

Bu məsələnin müzakirə ilə bağlı heç bir rəsmi məlumat açıqlanmasa da, Böyük Britaniya mətbuatı mövzunu yenidən gündəmə gətirib. Bildirilir ki, Şotlandiya liqasında rəqabətin yoxluğu səbəbindən əvvəllər də İngiltərəyə üz tutmaq arzusunda olan “Seltik”lə “Reyncers”in istəyi bu dəfə reallaşacaq.
Qeyd edək ki, dünya futbolunda başqa ölkənin liqasında mübarizə aparan klublarla bağlı onlarla nümunə var.