cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Zidan "Real"da qalacaq

22.04.2021 13:51 Oxundu 445


"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti mövsüm də Madrid təmsilçisini çalışdıracaq.

"CEMPİON.AZ"  "El Larguero"ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres məlumat verib: "Real"ı növbəti mövsüm Zidansız təsəvvür edə bilmirəm".

Qeyd edək ki, "Kral klubu" hazırda La Liqada 70 xalla liderdir. "Atletiko" eyni xallla 2-cidir. "Real" Çempionlar Liqasında da çıxışını davam etdirir. Komanda yarımfinalda aprelin 27-i "Çelsi" ilə qarşılaşacaq.