22.04.2021 15:19
439

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu öz oyunu ilə növbəti dəfə diqqət çəkib.
"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən gün A seriyasının 32-ci turunda “Sassuolo” ilə matçda (1:2) fərqlənməyi bacarıb. Çalhanoğlunun görüş ərzində baxımlı oyunu komandanın zədəli futbolçusu Zlatan İbrahimoviçin də diqqətindən yayınmayıb Qarşılaşmanı kənardan izləyən Zlatan türkiyəli oyunçunun qolundan sonra ayağa qalxaraq, onu alqışlayıb və təbrik edib.
Qeyd edək ki, Çalhanoğlu bu mövsüm bütün turnirlərdə 37 matçda 8 qol vurub və 11 qolun ötürməsini verib