22.04.2021 21:17
511

Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
"CEMPİON.AZ" xəbər verir ki, bu gün Azərbaycanın 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) final görüşü keçirib.
İdmançımız qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Stadnik 8-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, turnirdə bundan əvvəl sərbəst güləşçilərdən Turan Bayramov gümüş, Əfqan Xaşalov, Əli Rəhimzadə və Osman Nurməhəmmədov isə bürünc medal qazanıb.