bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

İbrahimoviç daha bir il "Milan"da

22.04.2021 22:10 Oxundu 540

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni uzadıb.


"CEMPİON.AZ" xəbər verir ki, bu barədə italiyalı idman jurnalisti Fabritsio Romano öz Tvitter səhifəsində yazıb. O, oktyabrda 40 yaşı olacaq hücumçu ilə yeni 1 illik müqavilə imzalandığı və onun illik gəlirinin 7 milyon avro olacağını qeyd edib.
Yaxın saatlarda klub bununla bağlı rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, 2020-ci ildən "Milan"da çıxış edən isveçli forvard bu mövsüm 24 oyuna 17 qol vurub.