23.04.2021 12:26
497

İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni futbolçu qatacaq.
"CEMPİON.AZ" xəbər verir ki Premyer Liqa təmsilçisi Braziliya “Fluminense”sinin hücumçusu Kayka ilə müqavilə imzalayacaq.
17 yaşlı forvardın keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Mançesterlilər onun üçün 12 milyon avro ödəyəcək.
Hücumçu ilə 5 illik anlaşma imzalanacaq. Müqavilə futbolçunun 18 yaşlı olacağı 2022-ci ildən qüvvəyə minəcək.
Qeyd edək ki, Kayka cari mövsümün 9 oyununda 2 qol vurub.