23.04.2021 12:50
478

Braziliya millisinin lideri Neymar Tokio-2020 Yay Olimpiya Oyunlarına qatıla bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “pentakampeonlar”ın baş məşqçisi Andre Jardim deyib.
Çalışdırıcı bildirib ki, 23 iyul – 8 avqust aralığında baş tutacaq Olimpiadaya PSJ-nin forvardını dəvət etməyi planlaşdırır: “Neymar mənim planımdadır. Güclü komanda qurmağı səbirsizliklə gözləyirəm. Neymar ən yaxşı braziliyalı futbolçudur, karyerasının zirvəsindədir. Görək, yayda nə olacaq”.
Qeyd edək ki, Braziliya millisi Tokio-2020-də Almaniya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı ilə eyni qrupda yer alacaq.