cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Hedira İspaniyaya qayıda bilər

23.04.2021 13:21 Oxundu 409


Almaniya millisinin sabiq futbolçusu Sami Hedira karyerasını İspaniyada davam etdirə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, yarımmüdafiəçi bu ilin yayında müqaviləsi başa çatdığı “Herta”nı tərk etməyə qərar verib.

Sami yenidən La Liqada oynamaq arzusundadır. Vaxtilə “Real”da oynamış almaniyalı bu dəfə “Betis”in maraq dairəsinə düşüb.
Sevilya təmsilçisi artıq onun agenti ilə əlaqə də yaradıb. “Betis” futbolçuya “Herta”da qazandığından daha az maaş təklif edir. Amma Hedira La Liqada oynamaq arzusuna görə bu güzəştə də getməyə hazırdır.