cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus" yayda bu futbolçunu transfer edəcək

23.04.2021 13:46 Oxundu 463


“Yuventus” yay transfer pəncərəsi üçün əsas transfer hədəfini müəyyənləşdirib.

"CEMPİON.AZ" “Calciomercato”ya istinadən xəbər verir ki, Turin təmsilçisi “Sassuolo”dan Manuel Lokatellini almaq istəyir. 33 yaşlı yarımmüdafiəçi ilə “Mançester Siti” və “Arsenal” da maraqlanır. Onun “Sassuolo” ilə müqaviləsi isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Lokatelli 2018-ci ildən “Sassuolo”da oynayır. O, bu mövsüm A seriyasında 28 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.