cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Fransa klubu müflisləşir

23.04.2021 19:22 Oxundu 446

Fransanın “Bordo” klubu müflis olmaq təhlükəsi ilə üzləşib.

"CEMPİON.AZ" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun sahibi “King Street” şirkəti "Bordo"nu maliyyələşdirmək istəmədiyini açıqlayıb.
“King Street” şirkəti artıq klubu dəstəkləmək və maliyyə ehtiyaclarını qarşılamaq istəmir. “Bordo” koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkilərinə məruz qalıb və klub müflis olmaq üzrədir.
Qeyd edək ki, “Bordo” hazırda Liqa 1-də 16-cı sıradadır.