cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real Madrid" hücumçu ilə güclənəcək

23.04.2021 18:44 Oxundu 455


İspaniyanın “Real” klubunun transfer etmək istədiyi hücumçu bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, La Liqa təmsilçisi Fransa “Lill”inin forvardı Conatan Devidi heyətinə qatmaq niyyətindədir.
Madridlilər kanadalını bu yay transfer etməyi planlaşdırır. Killian Mbappe və Erlinq Haland kimi bahalı oyunçuları heyətinə qatmaq üçün maliyyə imkanları olmayan “Real” hələlik Conatanla kifayətlənmək fikrindədir.
Qeyd edək ki, şimali amerikalı “Arsenal”, “Mançester Yunayted” və “Barselona”nın da maraq dairəsindədir.