cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

PSJ Varanın transferində maraqlıdır

23.04.2021 21:40 Oxundu 432


"Real"ın müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində klubunu dəyişə bilər.

"CEMPİON.AZ" AS-a istinadən xəbər verir ki, "Mançester Yunayted" və PSJ fransalı müdafiəçi ilə maraqlanır. Paris təmsilçisinin artıq 27 yaşlı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib.
Rafaelin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər davam edir və onun "Kral klubu" ilə yeni sözləşmə ilə bağlı danışıqları o qədər də uğurlu getmir.
Qeyd edək ki, Varan 2011-ci ilin yayından "Real"da oynayır.