cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Hakan Çalhanoğlu "Milan"la razılaşmır

23.04.2021 22:24 Oxundu 464


Hücumçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayan “Milan” yarımmüdafiəçi Hakan Çalhanoğlu ilə ortaq məxrəcə gələ bilmir.

"CEMPİON.AZ" xəbər verir ki, Türkiyə millisinin futbolçusu ilə danışıqlar növbəti dəfə dayandırılıb.
Buna səbəb 27 yaşlı oyunçunun bu dəfə də təklifi qəbul etməməsi olub. Hakan yalnız tələb etdiyi maaşın ödənilməsi təqdirində buna razılıq verəcəyini bildirib. Futbolçunun transferində İtaliyanın digər təmsilçisi “Yuventus” da maraqlıdır. Prosesləri diqqətdə saxlayan Turin təmsilçisi tezliklə orta sahə oyunçusu ilə danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, Hakan Çalhanoğlunun “Milan”la müqavilə müddəti mövsümün sonuna qədərdir.