cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Donnarumanı əvəz edə bilər

24.04.2021 11:21 Oxundu 430


İtaliyanın “Milan” klubu heyətinə yeni qapıçı qatmaq niyyətindədir.

"CEMPİON.AZ" xəbər verir ki, A seriyası təmsilçisi Fransa “Lill”inin qolkiperi Mayk Menyanı transfer etməyə qərar verib.
25 yaşlı əlcək sahibi komandadan ayrılacağı gözlənilən Canluici Donnarumanı əvəz etməlidir. Menyan cari mövsümdə “Lill”də 43 matça çıxıb. O, öz qapısından 35 top buraxıb.
Qeyd edək ki, Maykın transfer dəyəri 25 milyon avro ilə qiymətləndirilir.