cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real" və "Barselona" eyni hücumçu ilə maraqlanır

24.04.2021 13:49 Oxundu 434


İngiltərənin "Lids Yunayted" klubunun futbolçusu Co Celhardt karyerasını İspaniyada davam etdirə bilər.

"CEMPİON.AZ" "Balon" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə "Real Madrid" və "Barselona" maraqlanır.
İspaniya nəhəngləri gənc forvard üçün danışıqlara başlayacaq. Celhardt İngiltərədə "yeni Ueyn Runi" ləqəbini alıb.
Qeyd edək ki, Co Celhardt İngiltərənin aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış edib.