24.04.2021 14:26
470

İspaniyanın “Barselona” klubu futbolçusu Ansu Fati ilə müqaviləni uzadacaq.
"CEMPİON.AZ" xəbər verir ki, La Liqa təmsilçisi gənc hücumçunu 2026-cı ilə qədər heyətində saxlamaq niyyətindədir.
18 yaşlı istedadın hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Klub rəhbərliyi onu daha 4 il uzatmağı planlaşdırır. Onun anlaşmasında transfer qiyməti kimi 400 milyon avro təşkil edir.
Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən futbolçu uzun müddətdir komandasına kömək edə bilmir.