cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Liverpul" qələbə qazana bilmədi

24.04.2021 20:18 Oxundu 431


“Liverpul” Premyer Liqada növbəti matçına çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, “mersisaydlılar” 33-cü turunda “Nyukasl”la qarşılaşıb. Yurgen Kloppun kollektivi qələbəni son dəqiqələrdə əldən verib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “Liverpul” hazırda turnir cədvəlində 54 xalla 6-cı, “Nyukasl” isə 36 xalla 15-cidir.

“Liverpul” – “Nyukasl” – 1:1
Qollar:
 Salah, 3 – Uillok, 90