26.04.2021 11:06
808


“Neftçi” azarkeşləri komandanın oyunundan narazıdır. Onlar klub rəhbərliyinə xəbərdarlıq ediblər.
“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqanın 24-cü turunda səfərdə “Sabah”ın qonağı olan “Neftçi”nin sərgilədiyi oyun azarkeşləri hiddətləndirib. “Flaqman”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” öz Feysbuk səhifəsində klub prezidenti Kamran Quliyevə xəbərdarlıq edib.
“Belə oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin "dolya"sını niyə çatdırmadınız?
Keisuke Hondanı reklam üçün gətirmisinizsə geriyə yola sala bilərsiniz.T. Diaz ; S. Monroz ; A. Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyil.. Deyəsən, ölkədə karantindi deyə Kamran bəy yenə rahatlaşıb. Biz tribunaya gələ bilmirik, o demək deyil ki, sözümüzü çatdıra bilmiyəcəyik. Mövsümün sonu çempionluq gəlməsə yenə üz-üzə gələcəyik.
Bu da burada qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da ki, biz başqa formada söhbət edəcəyik”.