26.04.2021 15:48
432

Türkiyənin "Kayserispor" klubunda baş məşqçi dəyişikliyi olub.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Hamza Hamzaoğlu ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verib.
Klubdan yerli mətbuata verilən açıqlamada Hamzaoğlunu Yalçın Koşukavakın əvəzləyəcəyi bildirilib.
Onunla bu mövsümün sonunadək müqavilə imzalanacaq.
Qeyd edək ki, 49 yaşlı mütəxəssisin son iş yeri "Denizlispor" olub. "Kayserispor" Superliqada 35 xalla 19-cu pillədə qərarlaşıb.