
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi”yə qarşı keçiriləcək ilk oyuna münasibət bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, fransalı mütəxəssis qarşılaşmadan öncəki mətbuat konfransında sabahkı duelin mövsümün ən çətin oyunu hesab etdiyini açıqlayıb.
Zidan meydana uğurlu nəticə üçün çıxacaqlarını söyləyib: “Mövsümün ən çətin oyunu olacaq. Çempionlar Liqası xüsusi bir yerdir. Ancaq əvvəllər də eyni dərəcədə vacib oyunlar keçirmişik. Yarışmaq istəyirik, bu bizim üçün başlıca məqamdır. Sabah çətin oyun olacağı aydındır. Ayıq olmalı, yaxşı müdafiə olunmalı və şans yaratmağa çalışmalıyıq. “Çelsi”yə problem yaratmaq üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, “Real” – “Çelsi” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.