26.04.2021 17:26
436


"Leyptsiq" baş məşqçisi Yulian Naqelsman “Bavariya”nı çalışdırmaq istəyir.
"CEMPİON.AZ" “Kicker”ə istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis bu səbəbdən klubu ilə müqaviləni pozmaq istəyir. Artıq onun bu xahişlə “Leyptsiq” rəhbərliyinə müraciət etdiyi də bildirilir.
Bundan əvvəl Münhen klubunun Naqelsmannı komandaya gətirmək istədiyi, ancaq “Leyptsiq”in onu burxmaq fikrində olmadığı bildirilirdi.
Xatırladaq ki, "Bavariya"nın hazırkı çalışdırıcısı Hans-Diter Flik bu mövsümün sonund klubdan ayrılacağını açıqlayıb.