cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın bazasına silahlı hücum olub

27.04.2021 12:22 Oxundu 596


“Qalatasaray” klubu xoşagəlməz hadisə ilə üzləşib.

"CEMPİON.AZ" xəbər verir ki, 3 illik məhkəmə çəkişmələrindən sonra prosesi qazanan və mədən şirkətini martın sonunda Kemerburqazdakı ərazidən çıxararaq yeni bazanın açılışını edən İstanbul təmsilçisi silahlı hücuma məruz qalıb.
Mədən şirkətinə bağlı olduğu bildirilən silahlı bir qrup klubun bazasına hücum çəkib. 10 nəfərdən ibarət quldur dəstəsi Kemerburqaz bazasına zorla girib. Mühafizəçilər bunun qarşısını almağa çalışsa da, basqın edənlər silah çəkərək onları geri çəkilməyə məcbur edib.
Həmin qrup üzvləri əraziyə zərər vermək üçün iki yük maşını inşaat tullantıları tökərək, oranı tərk edib.