27.04.2021 12:51
468

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda komandasını dəyişmək fikrinə düşüb.
"CEMPİON.AZ" xəbər verir ki, son vaxtlar yerli azarkeşlər tərəfindən çox tənqid olunan 36 yaşlı forvard yeni variantları nəzərdən keçirməyə başlayıb.
Xüsusən də, Turin təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmasa, Ronaldonun oranı tərk edəcəyi dəqiqdir. Portuqaliya millisinin kapitanı “Mançester Yunayted”ə qayıtmaq və PSJ-yə keçmək arasında seçim etməli olacaq. Adıçəkilən klublar onunla danışıqları davam etdirir.
Qeyd edək ki, “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədər olan Ronaldo cari mövsüm A seriyasında 25 qol vurub, 3 assist edib.