27.04.2021 16:11
442


"Bavariya" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann karyerasını Münhen təmsilçisində davam etdirəcək. O, iyulun 1-dən yeni klubunda işinə başlayacaq.
Qeyd edək ki, "Bavariya"nı bu mövsümün sonuna kimi hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdıracaq.