cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Neymar: "PSJ-də özümü yaxşı hiss edirəm"

27.04.2021 17:27 Oxundu 427


PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının yarımfinalında "Mançester "Siti" ilə oyundan əvvəl Paris klubundakı gələcəyindən danışıb

"CEMPİON.AZ" Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq braziliyalı hücumçu bununla bağlı deyib: “İndi müqaviləni müzakirə etmək vaxtı deyil. Müqaviləm iki il daha qüvvədədir. PSJ-də özümü yaxşı hiss edirəm, bu mövsümdən razıyam. Mən ən xoşbəxt insanam".
Qeyd edək ki, PSJ - "Mançester Siti" görüşü sabah keçiriləcək.
Xatırladaq ki, Neymarın "Barselona"ya keçə biləcəyi iddia olunur.