cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" gənc hücumçu ilə güclənəcək

27.04.2021 20:41 Oxundu 436


Çexiyanın “Slaviya” klubunun futbolçusu Abdallah Sima karyerasını İngiltərədə davam etdirə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, 19 yaşlı hücumçu ilə “Mançester Yunayted” yaxından maraqlanır. Bu barədə “Manchester Evening News” nəşri məlumat yayıb. "Mankunyanlar"ın yayda Simanı heyətinə qatacağı bildirilib.
Qeyd edək ki, bu mövsüm “Slaviya” ilə 35 matçda 19 qol vuran hücumçu Seneqal yığmasının üzvüdür.