cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

"Zirə"nin heyətində bu futbolçular oynamayacaq 

28.04.2021 12:55 Oxundu 539

Azərbaycan kubokunun yarımfinalının cavab matçında “Keşlə” ilə qarşılaşacaq “Zirə” oyuna ciddi itkilərlə çıxacaq.

"CEMPİON.AZ" xəbər verir ki, yarımmüdafiəçi Riçard Almeyda cəzalı durumda olduğundan sabahkı görüşü buraxacaq. Hücumçu Ruslan Qurbanov isə ötən həftə koronavirusa yoluxduğu üçün matçda iştirak etməyəcək.
Qeyd edək ki, ilk qarşılaşmada “Zirə” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.