28.04.2021 13:50
503


Çempionlar Liqasının yarımfinalının ilk oyununda keçirilən "Real" - "Çelsi" matçı 1:1 hesablı bərabərliklə başa çatıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu, Madrid klubunun çalışdırıcısı Zinəddin Zidanla "zadəganlar"ın baş məşqçisi Tomas Tuhel arasında 6-cı duel olub. Bu oyunların heç birində Zidan sevinən tərəf olmayıb - 5 heç-heçə və 1 Tuhelin qələbəsi.
Ümumiyyətlə, "Çelsi" heç bir rəsmi oyunda "Real"a uduzmayıb.