28.04.2021 14:23
420

Fransa Liqa1-də iştirak edən komandaların sayı dəyişdirilir.
"CEMPİON.AZ" xəbər verir ki, bu, Fransa Peşəkar Futbol Liqasının yığıncağında müzakirə olunub.
Qurum yüksək dəstədə komanda sayının azaldılmasını istəyir. İştirakçı sayının 20-dən 18-ə endirilməsi nəzərdə tutulub.
Direktorlar şurasının bəzi üzvləri bu rəqəmin 16-ya qədər azaldılması təklifini də irəli sürüb. Buna teleyayım hüquqlarının qiymətinin düşməsidir.
Qeyd edək ki, dəyişikliyin 2022/23 mövsümündən tətbiqi planlaşdırılır.