28.04.2021 14:50
424


“Bavariya”nın futbolçusu Robert Levandovksi “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmannın yeni mövsümdən Münhen təmsilçisini çalışdıracağına münasibət bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, polşalı hücumçu “Bild”ə açıqlamasında deyib: “Naqelsmannı o qədər də yaxşı tanımıram. Ancaq deyə bilərəm ki, o həmişə komandanı heç kimin gözləmədiyi bir səviyyəyə qaldırır. Naqelsmannın komandası həmişə gözləniləndən daha yaxşı çıxış edir”.
Xatırladaq ki, Naqelmann “Bavariya” ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb. 33 yaşlı mütəxəssislə iyulun 1-dən Münhen klubundakı işinə başlayacaq.